AZ

Rusiya xüsusi reysi qəfildən Alyaskadan Kamçatkaya uçdu

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Alyaskaya gələn Rusiya xüsusi reysi "İl-96" qəfildən Kamçatkaya uçub. SİA xəbər verir ki, bu barədə “Military Observer” "Telegram" kanalı məlumat yayıb və məlumatı "Flightradar24" monitorinq xidməti təsdiqləyib. "Hazırda prezidentin aviasiya eskadrilyasının təyyarəsi Petropavlovsk-Kamçatski şəhərinin hava limanındadır. Uçuşun səbəbi məlum deyil", - nəşr qeyd edir.

"Flightradar24"ün məlumatına görə, təyyarə Moskvadan Ankoric şəhərinə saat 06:41-də ( 14 avqust Moskva vaxtı ilə 17:41) çatıb. Yerli vaxtla saat 09:35-də (Moskva vaxtı ilə 00:45) Kamçatkadakı Yelizovo hava limanına enib. Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazası da ABŞ nümayəndə heyətinin üzvlərini və Ağ Evin maşınlarını daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17A Globemaster III" hərbi nəqliyyat təyyarələrinin davamlı axınını görür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
sia.az

3Mənbələr