ABŞ Prezidenti Donald Tramp Rusiya dövlətinin başçısı Vladimir Putinlə Alyaskada 15 avqustda keçiriləcək sammitin uğurlu olacağı təqdirdə Ukrayna Prezidenti Vladimir Zelenski və AB liderləri ilə telefon danışığı aparacağını bildirib.
News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
“Əgər hər şey yaxşı olarsa, bu toplantıdan sonra Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyəm”, - Tramp deyib.