AZ

"Biz dərhal atəşkəs əldə edə bilərik" -- Tramp

Tramp ümid edir ki, Putin sövdələşməyə hazırlaşır.

QHT.az xəbər verir ki, Alyaskada Vladimir Putinlə görüş ərəfəsində ABŞ prezidenti Donald Tramp dərhal atəşkəsin əldə olunacağına əmin olmadığını, lakin Putinin sövdələşməyə hazırlaşdığını bildirib.

Trampın sözlərinə görə, sammitin əsas məqsədi Ukrayna prezidenti Zelenski ilə ikinci görüşü razılaşdırmaqdır və bunun üçün üç mümkün yer nəzərdən keçirilir. Əgər Putinlə razılaşsa, dərhal Zelenski və Avropa liderlərinə zəng edəcəyini, əks halda heç kimə zəng etməyəcəyini deyib.

O, görüşün uğursuz olma ehtimalını 25% kimi qiymətləndirib və nəticədən asılı olmayaraq mətbuat konfransı keçirəcəyini vurğulayıb.

 

R.İmanov

Seçilən
22
50
qht.az

10Mənbələr