ABŞ-la sammit öncəsi Rusiyanın ali hakimiyyət nümayəndələrini daşıyan xüsusi reysi Alyaskaya gəlib.
Flightradar-ın məlumatına görə, Moskvanın Vnukovo hava limanından havaya qalxan İl-96 təyyarəsi tezliklə Rusiya-Amerika sammitinin keçiriləcəyi Ankoric şəhərinə enib.
Xatırladaq ki, avqustun 15-də burada ABŞ və Rusiya prezidentlərinin görüşü keçiriləcək.