AZ

Ankoricə “Rossiya” xüsusi təyyarə dəstəsinin daha bir təyyarəsi yola düşüb

Moskvadan Ankoricə (Alyaska) “Rossiya” xüsusi təyyarə dəstəsinə məxsus daha bir təyyarə yola düşüb. Uçuş, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın gözlənilən görüşü fonunda həyata keçirilir.

Editor.az xəbər verir ki, bu barədə məlumat Flightradar24 xidmətinin göstəricilərində yer alıb.

Təyyarə paytaxtdan Moskva vaxtı ilə 17:28-də havaya qalxıb, Ankoricə yerli vaxtla 16:22-də (Moskva vaxtı ilə 03:22) eniş edəcəyi gözlənilir. Hazırda həmin reys dünyanın ən çox izlənilən uçuşlarından biridir.

Bundan əvvəl Moskvadan yola düşən digər “İl-96” tipli təyyarə artıq Ankoricə çatıb. TASS agentliyinin məlumatına görə, həmin təyyarədə Rusiya-ABŞ sammitinin hazırlıqları ilə məşğul olan qabaqcıl qruplardan biri ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
5
editor.az

6Mənbələr