EN

Şimali Koreya liderinin bacısı ABŞ ilə danışacaq mövzuların olmadığını bildirib

Kim Yo Çjon Cənubi Koreya mediasının iddialarını təkzib edib...

Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon, Cənubi Koreya mediasının iddia etdiyi kimi, ABŞ Prezidenti Donald Trampa KXDR lideri Kim Çen In tərəfindən mesaj göndəriləcəyi barədə xəbərləri əsassız adlandırıb. Onun bəyanatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanıb.

“Bu, Cənubi Koreyanın xəyal dünyasına qapılmasının tipik nümunəsidir. ABŞ-la danışacaq heç bir mövzumuz yoxdur — bunu bir daha xatırlatmaq istəyirəm”, deyə Kim Yo Çjon bildirib.

Kim həmçinin Cənubi Koreya mediasının KXDR-in sərhədin cənubuna səslənən təbliğat səsgücləndiricilərini sökmək qərarı verdiyi barədə məlumatlarını da rədd edib. Qeyd olunub ki, bir gün əvvəl Cənubi Koreya rəhbərliyi Şimala qarşı aparılan təbliğat radiolarını dayandırıb. Kim Yo Çjon vurğulayıb ki, KXDR üçün Cənubi Koreyanın “sərhəddən səsgücləndiriciləri yığışdırıb-yığışdırmaması, radioda təbliğata son qoyub-qoymaması, hərbi təlimləri təxirə salıb-salmaması və ya onların miqyasını kiçildib-kiçiltməməsi” əhəmiyyət daşımır.

Pxenyanın mövqeyinə görə, Cənubi Koreyanın siyasətinin düşmən xarakteri dəyişməyib və KXDR-in “ABŞ-ın sadiq nökəri” ilə münasibətləri yaxşılaşdırmaq kimi bir niyyəti yoxdur.

Poliqon.info

Chosen
108
36
poliqon.info

10Sources