AZ

Şimali Koreya Cənubi Koreyayla bağlı qanun imzalayacaq

"Koreya Xalq Demokratik Respublikası (KXDR) öz konstitusiyasında respublikanın Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olmadığı müddəasını təsbit edəcək".

Herbiand.Az-ın Koreyanın Pxenyan Mərkəzi Xəbər Agentliyinə istinadən xəbərinə görə, bu barədə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsinin müdir müavini, Kim Çen Inın bacısı Kim Yo Çjon məlumat verib.

O vurğulayıb ki, Pxenyanın ABŞ-nin sadiq xidmətçisi və müttəfiqi olan Seul ilə münasibətləri yaxşılaşdırmaq kimi bir istəyi yoxdur. Bu ardıcıl mövqe gələcəkdə ölkə konstitusiyasında da öz əksini tapacaq. Kim Yo Çjon Cənubi Koreyanı KXDR-in təhlükəsizliyinə daimi təhdid yaradan "təhlükəli və mənfur ölkə" adlandırıb.

O qeyd edib ki, Şimali Koreyanın "dünyada ən düşmən ölkə" anlayışının dəyişəcəyinə ümid etmək səhrada çiçəklər açacağına ümid etmək kimi şeydir.

Seçilən
26
27
herbiand.az

10Mənbələr