EN

“Sürücü telefonla danışır, üstəlik avtobus yararsız haldadır” – 55 saylı marşrutdan ŞİKAYƏTVİDEO

Sürücü telefonla danışır... Üstəlik avtobus istismara yararsız halda olduğundan sərnişinlər narahatdır...

Xezerxeber.az xəbər verir ki, söhbət Sabunçu dəmir yolu vağzalının qarşısından yola düşən 55 nömrəli marşurut avtobusundan gedir. Avtobusun "allah ümidinə" getdiyini desək yanılmarıq. Görüntülər sərnişinlər tərəfindən qeydə alınaraq  "Xəzər Xəbər"in qaynar xəttinə göndərilib.

Sərnişinlər bildirib ki, avtobuslar yararsız halda olduğundan mənzil başına çatmaq həm təhlükəli, həm də çətindir.

Onlar bildiriblər ki, ərazidə faəliyyət göstərən digər xətlər üzrə avtobuslar hamısı yenilənib. Yalnız 55 nömrəlidən başqa...

Vəziyyətlə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən Xəzər Xəbərə bildirildi ki, 55 nömrəli marşrutun daşıyıcısına avtobus parkının yenilənməsi barədə tapşırıq verilib. Nəqliyyat vasitələri yenilənməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq. Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır.

Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya məsələni araşdırıb və sürücü barədə müvafiq tədbirin görülməsi, eyni zamanda sərnişindaşına normalarına riayət etməsi barədə tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
31
3
xezerxeber.az

4Sources