AZ

“Sürücü telefonla danışır, üstəlik avtobus yararsız haldadır” - VİDEO

Sürücü sükan arxasında telefonla danışır. Üstəlik avtobus istismara yararsız haldadır.
 
Moderator.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Sabunçu Dəmir Yolu Vağzalının qarşısından yola düşən 55 nömrəli marşurut avtobusu bərbad vəziyyətdədir. Sərnişinlər bildirib ki, buna görə də mənzil başına çatmaq həm təhlükəli, həm də çətindir.Onlar bildiriblər ki, ərazidə faəliyyət göstərən digər xətlər üzrə avtobuslar hamısı yenilənib. Yalnız 55 nömrəlidən başqa.
 
Vəziyyətlə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 55 nömrəli marşrutun daşıyıcısına avtobus parkının yenilənməsi barədə tapşırıq verilib. Nəqliyyat vasitələri yenilənməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq. Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır.
 
Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya məsələni araşdırıb və sürücü barədə müvafiq tədbirin görülməsi, eyni zamanda sərnişindaşına normalarına riayət etməsi barədə tapşırıq verilib.
Seçilən
0
3
moderator.az

4Mənbələr