EN

Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna, Rusiya və ABŞ arasında Alyaskada keçiriləcək danışıqların nəticələrini tanımayacaq.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda çıxışı zamanı deyib.

“Ukrayna haqqında Ukraynasız danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də bu söhbət onların ikitərəfli gündəliyi üçün əhəmiyyətli ola bilər, amma Ukrayna ilə bağlı bizsiz heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır”, – Zelenski vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
50
apa.az

10Sources