“Milan”ın sağ müdafiəçisi Filippo Terraccano bu mövsümü “Kremoneze” klubunda keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, italyan müdafiəçi bir illik icarə ilə “rossoneri”dən ayrılıb.
22 yaşlı futbolçu “Verona” akademiyasının yetirməsidir. O, ötən yay doğma klubundan 3,2 milyon avroya “Milan”a transfer olunub və 2028-ci ilin yayına qədər 4 illik müqavilə imzalayıb.
“Kremoneze” ötən mövsüm İtaliya Serie B-də uğurla çıxış edərək, ölkənin ikinci ən güclü liqasına yüksəlmək üçün üçüncü vəsiqəni qazanıb.