Ajans.az Haber Global-a istinadən xəbər verir ki, Çanaqqalanın mərkəzi bölgəsinə bağlı Kəpəz qəsəbəsində meşə yanğını baş verib. Yanğınla havadan və qurudan mübarizə aparılır. Çanaqqala Hava Limanı da uçuşlara müvəqqəti bağlanıb. Bəzi ərazilərdən sakinlər quru və dəniz yolu ilə təxliyə edilir. Yanğın yaşayış məntəqlərinə keçib, alov park edilmiş avtomobilləri külə çevirib, yararsız halla salıb. Yanğınla bağlı 47 nəfər xəstəxanaya yerləşdirilib. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.