AZ

Yanğınsöndürənlər alov içində qaldı: Tez olun, QAÇIN, QAÇIN!

Çanaqqalanın Sarıcaeli kəndində bir əkinçilik tarlasında külək səbəbiylə meşəlik sahəyə yayıldı.

Turkustan.az xəbər verir ki, yaşayış sahələrini təhdid edən alov Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasına yaxınlaşdı.

Nəqliyyat və İnfrastruktur Nazirliyi Çanaqqalada baş verən yanğınla əlaqədar Çanaqqalada gəmilərin hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Çanaqqala Bələdiyyəsinin yanğınsöndürmə qrupu əks külək səbəbindən alovlar arasında qalıb. Alov yanğınsöndürən maşınını bürüyüb, ekipajlar dar sahədə manevr edə bilməyib avtomobillərini tərk edib və qaçıblar. Həmin an mobil telefonun kamerasına saniyə saniyə çəkilib.

Maşın alovlanarkən, sürücü nəhayət maşından çıxıb. Dəhşətli anlar kameraya düşüb. Kadrlarda bir nəfərin sürücüyə "Aman Allah, qaç. Maşını burax" deməsi eşidilir.

Çanaqqala valisi Ömər Toraman sosial media hesabından verdiyi açıqlamada:"İlimizin mərkəz mahalına bağlı Sarıcaeli kəndi və Bayramiç Yiğitler kəndlərinin çöl sahələrində yanğınlara havadan və qurudan müdaxilə edilir. Hazırda Çanaqqala şəhər mərkəzinə təhlükə yoxdur" dedi.

Ekipajlar havadan və qurudan alovla mübarizəni davam etdirirlər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
5
turkustan.az

10Mənbələr