Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının qurucusu, sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, bu səfər zamanı Azərbaycan bir sıra diplomatik uğurlara imza atdı:

"İlk növbədə, dövlətimizin imicinə ziyan vuran 907-ci bədnam qadağa Trampın imzası ilə ləğv edildi. Uzun illər boyu Ermənistan–Azərbaycan münaqişəsini həll etmək üçün siyasi meydanda fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğvi üçün müraciət edilməsi ilə bağlı razılıq əldə edildi.
Ən vacib məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması idi. İran bu dəhlizin açılmasına qarşı idi və açılmaması üçün nə mümkündürsə, edirdi. Rusiya isə dəhlizə nəzarəti ələ keçirməyə çalışırdı. Bunların hər ikisi neytrallaşdırıldı. Asiya ilə Avropanı birləşdirən bu dəhliz həm Ermənistana, həm də Azərbaycana ciddi dividentlər gətirəcək".
Sabiq deputat bildirib ki, görüşün Azərbaycan üçün ən əhəmiyyətli tərəflərindən biri də ölkəmizlə ABŞ arasında strateji əməkdaşlıq barədə ümumi razılığın əldə edilməsi oldu:
"Azərbaycanın Çinlə, Avropa İttifaqının 9 ölkəsi ilə belə bir əməkdaşlığı mövcuddur, Türkiyə ilə müttəfiqik, Böyük Britaniya və İsraillə yüksək münasibətlərimiz var, Pakistanla tərəfdaşlığımız ortadadır və bu gün dünyaya meydan oxuyan ABŞ Azərbaycanla strateji əməkdaşlığın başlanmasına razılıq verdi. Bu atılan bütün addımlar İlham Əliyevin mahir diplomatik fəaliyyətinin məntiqinə söykənir".
Fəzail Ağamalı son olaraq qeyd edib ki, əldə edilən razılaşmalar nəticəsində, ölkəmizə və regiona təhdid təşkil edən Rusiyanın niyyətləri xeyli dərəcədə məhdudlaşdırılmış oldu.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
news24.azƏrdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu ( 20245365)
-
azpolitika.infoMirzoyan iranlı həmkarı ilə Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib ( 20244468)
-
poliqon.infoErmənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib ( 20244405)
-
icma.azGürcüstan və Ermənistan baş nazirləri regiondakı sülh imkanlarını müzakirə ediblər ( 20244060)
-
poliqon.infoGürcüstan və Ermənistan baş nazirləri regiondakı sülh imkanlarını müzakirə ediblər ( 20243778)
-
aia.azAzərbaycanın yanında olacağıq - ƏRDOĞAN ( 20243703)
-
operativmm.az“Bu, Cənubi Qafqazda sabitliyə gedən yolda tarixi addımdır” - Ərdoğan ( 20243643)
-
referans.azBu, bütün region ölkələrinin xeyrinə olacaq - Ərdoğan Vaşinqton razılaşmasından danışdı ( 20243553)
-
far.azDonald Tramp Qafqaza sülh gətirir ( 20243544)
-
Ajans.azGürcüstan və Ermənistan baş nazirləri TELEFONLA DANIŞDI ( 20243541)