Tərəflər qeyd ediblər ki, İrəvan və Bakı arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb. Paşinyan 8 avqustda ABŞ-də keçirilən danışıqların nəticələrini həmkarına təqdim edib və Vaşinqtonda əldə olunan razılaşmalara göstərdiyi açıq dəstəyə görə İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.