AZ

Donald Tramp Qafqaza sülh gətirir

"Prezident Donald Tramp Qafqaza sülh gətirir".

Far.Az xatırladır ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.

Həmin möhtəşəm görüşdə İlham Əliyev  Donald Trampı Azərbaycan və Ermənistanı uzun illərdən sonra birgə araya gətirdiyi, sülh naminə böyük addımlar atdığı üçün Nobel mükafatına layiq görülməli olduunu bildirib. Nikol Paşinyan da bu fikirləri dəstəkləyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında "tarixi sülh razılaşması"nda mühüm rol oynadığı üçün "Nobel Sülh Mükafatı"na namizəd göstərilib. 

Onun namizədliyi Norveç Parlamentinin üzvü Kristian Taybrinq-Qyedde tərəfindən irəli sürülüb.

O, Nobel Komitəsinə yazdığı məktubda Trampın İsraillə BƏƏ arasında münasibətlərin qurulmasında çox mühüm işlər gördüyünü qeyd edib. Həmçinin vurğulayıb ki, bu razılaşma Yaxın Şərqi sabitlik və rifah bölgəsinə çevirəcək.

Azərbaycan ictimaəti və siyasi aranasında da ölkə rəhbəri İlham Əliyevin Trampın  "Nobel Sülh Mükafatı"na layiq olması barədə fikirlərini tam dəstəkləyirlər.

Tanınmış politoloq Əziz Əlibəyli Far.Az-ə açıqlamasında bildirib ki, bu təşəbbüsü irəli sürməyə Azərbaycanın birbaşa hüququ və haqqı çatır.

Onun fikrincə həqiqətən də, Tramp uzun illər ərzində heç bir güc dövlət başçısının görmədiyi işi bacarıb. Belə ki, 30 ildən çox qızğın münaqişə və müharibə münasibətlərində olan dövlət başçılarını bir araya gətirib.

"ABŞ prezidenti Donald Trampın Nobel mükafatına layiq olmasa məsələsinə yalnız bir şeylə cavab vermək lazımdır ki, bu mükafatın bazasının qoyulmasında Azərbaycanın rolu da az deyil.

Bu istiqamətdə Azərbaycanın sərvətləri böyük rol oynayır. Azərbaycanın mənəvi haqqı var ki, Nobel mükafatının kimə verilməsi ilə bağlı təklif irəli sürsün.

Bunun ikinci möhtəşəm tərəfi var ki, bu da Azərbaycan məsələsinə görədir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımın atılması və bu layihənin paraflanması həm də Azərbaycanın qələbəsinin dünyanın ən güclü tibunasında tanınması deməkdir. Prezident də bunu təsadüfən qeyd etmədi, - deyə ekspert bildirib.

Ziya SƏCCAD

Seçilən
101
50
far.az

10Mənbələr