“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra vətənə gec qayıdacağı üçün Peşəkar Futbol Liqasına müraciət edib.
Doğru.az xəbər verir ki, klub “Zirə” ilə Misli Premyer Liqasının ilk turunun avqustun 18-də keçirilməsi planlaşdırılan matçının tarixinin dəyişdirilməsini xahiş edib.
PFL, “Araz-Naxçıvan”ın müraciətini və “Zirə” klubunun rəsmi razılığını nəzərə alaraq qarşılaşmanın avqustun 19-da saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda oynanılmasına qərar verib.
DOĞRU.AZ