AZ

Zirə Araz Naxçıvan matçının vaxtı

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Premyer-liqanın 1-ci turunda keçiriləcək "Zirə" - "Araz-Naxçıvan” oyununun vaxtı dəyişdirilib."Football-plus.az" xəbər verir ki, bununla bağlı Muxtar Respublika təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib.Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya" ilə keçiriləcək görüşdən sonra komanda Vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq.Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20.00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
13
icma.az

10Mənbələr