Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin nüvə raketlərinin yerləşdirilməsi qadağası zamanı raketlər istehsal etdiyini və böyük ehtiyata malik olduqlarını etiraf edib.
Publika.az xəbər verir ki, o bu barədə “Rossiya-1” kanalına danışıb.
“Moratorium elan olunanda biz aydınlaşdırdıq ki, o, yalnız yerləşdirməyə şamil edilir, tədqiqat və inkişaf fəaliyyətlərini əhatə etmir”, - deyə Ryabkov bildirib.
Qeyd edək ki, bu ayın əvvəlində Rusiya birtərəfli yerləşdirmə moratoriumunu ləğv etdiyini elan edib. Moskva bu qərarı “ABŞ və müttəfiqlərinin hərəkətlərinə məcburi cavab” kimi qiymətləndirib.