AZ

Nüvə sualtı qayıqları Rusiya sərhədinə göndərildi

ABŞ Prezidenti Donald Tramp iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə yerləşdirilməsi barədə əmr verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında yazıb.

Tram bunu Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedevin aqressiv ifadələrinə cavab olaraq etdiyini açıqlayıb. 

“Medvedevin təxribat xarakterli bəyanatlarına əsaslanaraq, mən iki nüvə sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etmişəm. Bu axmaq və qızışdırıcı bəyanatlar gözlənilməz nəticələrə səbəb ola bilər”, deyə  Tramp “Truth Social” platformasında paylaşımında bildirib.

Qeyd edək ki, Dmitri Medvedyev X hesabında Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı.

 

Seçilən
27
4
qafqazinfo.az

5Mənbələr