AZ

Kamala Harrisdən maraqlı etiraf: Uzun müddət bunlardan uzaq idim

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Stiven Kolbertin “Gecikmiş şou” verilişində maraqlı etiraf edib.

Publika.az xəbər verir ki, Harris Ağ Evi tərk etdikdən sonra bir neçə ay ərzində xəbər proqramlarına baxmaqdan imtina etdiyini bildirib.

Qeyd edək ki, bu açıqlama Harrisin Co Bayden administrasiyasında işlədikdən sonra həyat təəssüratlarını bölüşdüyü müsahibə zamanı verilib. Siyasətçi "məlumat detoksu"nun dəqiq vaxtını açıqlamayıb, ancaq belə bir fasilənin olduğunu vurğulayıb.

Aparıcının “Nə qədər vaxtdan sonra yenidən xəbərləri izləməyə başladınız” sualına Harris “aylar sonra”, - deyə cavab verib. Keçmiş vitse-prezident əlavə edib ki, bu dövr ərzində siyasi icmallar və analitik proqramlar əvəzinə kulinariya şoularını izləyib.

Seçilən
17
publika.az

1Mənbələr