Modern.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq 2025/2026-cı tədris ilində azərbaycanlı gənclər üçün Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olunmaq imkanı yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilib.
Bunun üçün IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 14 avqustadək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər (Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76; Əlaqə nömrəsi: 012 493 62 47).
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.