AZ

II qrup üzrə ixtisas seçimi: keçid ballarında bu dəyişikliklər OLACAQ

II qrup üzrə 300 baldan aşağı olan ixtisasların ballarında 5 bala qədər artım ola bilər.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

300-400 bal aralığında olan keçid balları arta bilər

"II ixtisas qrupunda dövlət sifarişli yerlərin sayı 4145-dir. Ümumi yerlərin sayı isə 14.935-dir. Bu il 700 baldan 600 bala qədər nəticə göstərmiş namizədlərin sayı 218 nəfərdir. Keçən il bu rəqəm 284 nəfər olub. Bu da onu deməyə əsas verir ki, bu bal aralığında keçid balları təxminən 5 bala qədər aşağı düşə bilər.

500-510 bal aralığında olan namizədlərin sayı bu il 1075 nəfərdir. Keçən il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 1052 nəfər olmuşdu. Ona görə də bu intervalda keçid ballarının keçən ilki səviyyədə qalacağını söyləyə bilərik. Bu il 500 baldan çox nəticə göstərmiş hər bir şəxs keçən ilki keçid ballarına əsaslanaraq arzuladığı ixtisasları seçə bilər.

400 baldan çox nəticə göstərmiş abituriyentlərin sayı 2605-dir. Keçən il bu rəqəm 2543 nəfər olub. Beləliklə, bu il də 400 baldan yuxarı nəticə göstərmiş şəxslər keçən ilki keçid ballarına istinad edərək ixtisas seçimlərini planlaşdıra bilərlər.

300 baldan yuxarı nəticə göstərmiş abituriyentlərin sayı 5454 nəfərdir. Keçən illə müqayisədə bu göstərici 5104 idi. Bu bal aralığında 300 nəfərlik artım müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, keçən il 300-400 bal aralığında olan keçid balları bu il 1-2 bal arta bilər. Lakin ciddi artım gözlənilmir.

200 baldan çox nəticə göstərmiş abituriyentlərin sayı 7367 nəfərdir. Keçən il bu göstərici 6777 nəfər olmuşdu. Təxminən 600 nəfərlik artım var. 300 baldan aşağı nəticə göstərmiş abituriyentlərin sayında da artım müşahidə olunur. Buna görə də keçid balı 300 baldan aşağı olan ixtisasların ballarında 5 bala qədər artım ola bilər".

Seçilən
37
45
azedu.az

10Mənbələr