ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin birinci yarısında fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrin verilməsi ilə bağlı statistikanı açıqlayıb.
AAK-dan AZƏRTAC-a bildirilib ki, cari ilin birinci yarısında fəlsəfə doktoru üzrə 285 nəfərə, elmlər doktoru üzrə isə 51 nəfərə elmi dərəcə verilib. Həmçinin fəlsəfə doktoru üzrə 141 nəfərə, elmlər doktoru üzrə isə 14 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.