Finss.az xəbər verir ki, Estoniya Avropa Komissiyasının (AK) dəstəyi ilə müdafiə xərclərini maliyyələşdirmək üçün 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır.
"Estoniya kredit almaqda maraqlıdır. Müdafiə Nazirliyi kredit üçün ilkin ərizə hazırlayıb Avropa Komissiyasına göndərib, lakin bütün proses hələ nisbətən erkən mərhələdədir", - Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Departamentinin rəhbəri Janno Luurmees şənbə günü ERR portalına bildirib.
Portalın məlumatına görə, nə kreditin dəqiq məbləği, nə də ödəmə müddəti müəyyənləşib. Kredit 45 ilə qədər götürülə bilər. Avropa Komissiyasının dəstəyi ilə onu almaqla Estoniya da hər milyard avro üçün ildə təxminən 4 milyon avro qənaət edərək daha əlverişli faiz dərəcəsi almağa ümid edir.