EN

Məleykə Abbaszadə: Hazırlıqlı və savadlı abituriyentlər bu qrupa müraciət edir

BAKI, 11 avqust. TELEQRAF

"IV ixtisas qrupu üzrə ciddi rəqabət müşahidə olunur".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qrupa hər il təxminən 5 minə yaxın abituriyent sənəd verir. Bu il də göstəricilər əvvəlki illərlə oxşardır.

"Sənəd verənlərin sayı digər ixtisas qrupları ilə müqayisədə az olsa da, burada ən gərgin müsabiqə vəziyyəti yaranır. Müqayisəli analiz göstərir ki, IV qrup üzrə abituriyentlərin buraxılış imtahanlarında topladığı orta bal daha yüksəkdir. Bu qrupa daha hazırlıqlı və savadlı abituriyentlər müraciət edir. Müsabiqədə 4 550 nəfər iştirak edəcək. Bu şəxslərin bəlkə 3-4 mini yalnız tibb ixtisaslarına qəbul olunmaq üçün sənəd verir. Bu da rəqabətin nə qədər yüksək olduğunu təsdiqləyir", - DİM sədri vurğulayıb.

Chosen
40
45
teleqraf.com

10Sources