EN

Bu qrupda 200-dən çox bal toplayanlar dövlət sifarişli təhsil ala biləcək

2025-ci il üçün ümumilikdə 60 min 914 plan yeri təqdim olunub. Onların 28 min 631-i dövlət sifarişidir ki, bu da qəbul olan abituriyentlərin təxminən yarısının dövlət hesabına təhsil alması deməkdir.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Hər ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı fərqlidir və düzgün ixtisas seçimi edən abituriyentlərin dövlət hesabına təhsil alma şansı daha yüksək olur.

"Məsələn, I ixtisas qrupunun RK altqrupunda 9 199 yer dövlət sifarişidir. Bu il 600 bal toplayanların sayı keçən ilə nisbətən azdır və keçid ballarında 10 bal civarında azalma gözlənilir. Belə ki, ötən il keçid balı 650 olan ixtisaslara bu il 639-640 bal toplayan abituriyentlər qəbul ola biləcəklər. Eyni tendensiya 500 bal toplayanlar üçün də nəzərə çarpır.

Digər tərəfdən, 400-300 bal arası toplayan abituriyentlərin sayı 5 725 nəfərdir və bu göstərici keçən illə müqayisədə demək olar ki, dəyişməyib. Bu bal aralığında olan ixtisaslarda keçid ballarının sabit qalacağı gözlənilir. 300-200 bal toplayanların sayı isə 6 863 nəfərdir və onların ixtisas seçimi ilə bağlı vəziyyət də əvvəlki illərdən fərqlənməyəcək".

Məleykə Abbaszadə əlavə edib ki, RK altqrupunda 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent düzgün seçim etdiyi təqdirdə dövlət sifarişli yerlərə qəbul olmaq şansı yüksəkdir.

Chosen
34
23
azedu.az

10Sources