EN

Azərbaycan voleybolçuları Avropa çempionatlarında iştirak edəcəklər

BAKI, 11 avqust. TELEQRAF

Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə Avstriyaya yola düşüblər.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Voleybolçular əvvəlcə 14-17 avqust tarixlərində Avstriyada keçiriləcək U-22 Avropa çempionatında, daha sonra isə 20-25 avqust tarixlərində İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycanı hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.

Qızlardan ibarət komandanın baş məşqçisi Nihad Tarverdiyev, oğlanlardan ibarət kollektivin baş məşqçi isə Atvars Vildensdir.

Chosen
92
15
teleqraf.com

10Sources