Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.
Operativ Media xəbər verir ki, ilk turun açılış matçında "Karvan-Yevlax" və "Qəbələ" komandaları üz-üzə gəliblər.
Hərəyə bir qol vuran kollektivlər 1-1 hesablı heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, matç Şamaxı şəhər stadionunda keçirilib.