EN

İranda məktəb avtobusu aşdı: ölü və yaralılar var

Ötən gün axşam saatlarında İranın Ərdəbil əyalətinin Parsabad şəhərində şagirdləri idman düşərgəsindən gətirən avtobus aşıb.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində Mehdi Qurbanifərd Muğanlı adlı 6-cı sinif şagirdi həlak olub, daha 26 şagird isə yaralanıb.

Xəstəxanalara çatdırılan şagirdlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Chosen
72
5
axar.az

9Sources