Ərdəbil əyalətinin Parsabad şəhərində məktəbliləri idman düşərgəsindən evə aparan avtobusun aşması faciə ilə nəticələnib. Belə ki, qəza zamanı 6-cı sinif şagirdi həyatını itirib.
Viral.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, daha 26 şagird müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Son Yazılar:
- Ərdəbildə məktəbliləri daşıyan avtobus aşdı
- Trampdan gözlənilməz addım – Təcilli Rusiyaya gedəcək
- BMT-də ciddi islahatlara ehtiyac var
Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.