AZ

Məktəb avtobusu qəzaya uğradı: Ölən və yaralananlar var

Ərdəbil əyalətinin Parsabad şəhərində məktəbliləri idman düşərgəsindən evə aparan avtobusun aşması faciə ilə nəticələnib. Belə ki, qəza zamanı 6-cı sinif şagirdi həyatını itirib. Avtosfer.az bu barədə "Azad İran"a istinadən xəbər verir. Məlumata görə, daha 26 şagird müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
71
5
avtosfer.az

9Mənbələr