Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan 6,1 bal gücündəki zəlzələdən bir neçə dəqiqə sonra eyni bölgədə 4,6 və 4,1 bal gücündə iki afterşok qeydə alınıb.
“İki sahil” xəbər verir ki, 6,1 bal gücündə zəlzələnin dərinliyi 11 kilometr olub. Sındırqı rayonunda bir bina dağılıb. Ətraf vilayətlərdən AFAD qruplarının bölgəyə göndərildiyi bildirilir.
Zəlzələ Balıkesirin mərkəzi ilə yanaşı İstanbul, İzmir, Kütahya, Yalova, Manisa, Uşak, Aydın, Eskişehir, Sakarya və Tekirdağda da hiss olunub.
Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra aidiyyəti bütün qurumların fəaliyyətə keçdiyini, zəruri addımlar atıldığını və bu fəaliyyətləri yaxından izlədiyini deyib.
İstanbul Valiliyinin verdiyi açıqlamada hazırda şəhərdə hər hansı mənfi halın qeydə alınmadığı, sahə yoxlamalarına başlanıldığı bildirilib.
Qeyd edək ki, son bir neçə gündə Balıkesirin Sındırqı rayonunda 3,5 baldan yuxarı bir neçə zəlzələ baş verib.