Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ olub.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ Sındırğı rayonunda yerli vaxtla 19:52-də (Bakı vaxtı ilə 20:52-də) qeydə alınıb.
Xatırladaq ki, avqustun 10-da da Sındırğıda 6,1 maqnituda gücündə dağıdıcı zəlzələ olmuşdu.
"Cebheinfo.az"