EN

İngiltərə Superkubokunun qalibi bəlli oldu

İngiltərə Superkubokunda “Kristal Pelas” və “Liverpul” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə,  Londonun “Uembli” stadionunda keçirilən matç əsas vaxtda 2:2 hesabı ilə başa çatıb. 

Görüşün 4-cü dəqiqəsində Uqo Ekitike “qırmızılar”ı hesabda önə çıxarıb. 17-ci dəqiqədə Jan-Filipp Mateta penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 21-ci dəqiqədə Jeremi Frimpong “Liverpul”a üstünlük gətirib. 77-ci dəqiqədə İsmaila Sarr hesabı yenidən bərabərləşdirib.

Penalti seriyasında “Kristal Pelas” daha dəqiq oynayaraq 3:2 hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub. 

Ötən mövsüm “Liverpul” İngiltərə Premyer Liqasının qalibi olub və 38 turda 84 xal toplayıb. “Kristal Pelas” isə İngiltərə Kubokunun sahibi kimi Superkubokda iştirak edib. Kubokun finalında “quşlar” “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, keçən il Superkubok “Mançester Siti”nin adına yazılıb.

Chosen
118
43
90deqiqe.az

10Sources