Bakı, 11 avqust, AZƏRTAC
“Traktor” futbol klubu İran Superkubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, ötən mövsüm İran çempionu olan Təbriz klubu finalda “İstiqlal”la qarşılaşıb. “Nəqşi Cahan” stadionunda keçirilən oyunda “Traktor” rəqibini 2:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Qeyd edək ki, “Traktor” ötən mövsüm tarixində ilk dəfə ölkə çempionatının qalibi olub.