Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını müsbət qarşılayıb.
Day.Az "Vatican News"a istinadən xəbər verir ki, Papa çıxışı zamanı tərəfləri təbrik edib:
"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm.
Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək", - deyə XIV Leo bildirib.