Bakı. Trend:
İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verənsilahlı qarşıdurmada 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Trend yerliKİV-lərə istinadən xəbər verir ki, Sistan və Bəlucistan əyalətininSaravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücumediblər.
Atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polisəməkdaşı həyatını itirib, digəri isə yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.