AZ

Serbiyada ara qarışdı: 64 nəfər xəsarət aldı,16-sı polisdir – VİDEO

Ötən gecə Serbiyada müxalifət tərəfdarları, hökumət tərəfdarları və polis arasında toqquşma baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Belqrad şəhərinin mərkəzi hissəsində kütləvi aksiyalar zamanı qeydə alınıb.

Müxalifət nümayəndələri hökumətin siyasətinə etiraz olaraq küçələrə çıxıb, hökumət tərəfdarları isə buna cavab olaraq qarşı aksiyalar təşkil ediblər. Gərginlik qısa zamanda qarşıdurmaya çevrilib.

Toqquşma zamanı 64 nəfər xəsarət alıb, onlardan 16-sı polis əməkdaşıdır. İki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.


Polis asayişi bərpa etmək üçün xüsusi təyinatlı qüvvələrdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Hadisənin səbəbləri və təxribat ehtimalları hazırda araşdırılır.

Hakimiyyət nümayəndələri vəziyyətin sabitləşdirilməsi və yeni qarşıdurmaların qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıblar.

Bizim.Media

Seçilən
76
35
bizim.media

10Mənbələr