AZ

Robert Köçəryan, Seyran Ohanyan və daha iki vəzifəli şəxs dövlətə 670 milyon ÖDƏMƏLİDİR - Baş Prokurorluq

2025-ci il avqustun 11-də Baş Prokurorluq Ermənistan Respublikasının dövlət maraqlarının müdafiəsi məqsədilə ikinci prezident Robert Köçəryan, Təhlükəsizlik Şurasının katibi Armen Gevorqyan, Müdafiə Nazirliyinin Silahlı Qüvvələr Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturova qarşı iddia qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə hetq.am nəşri yazıb.
 

İddia 670 milyon dram məbləğində (təxminən 1,7 milyon ABŞ dolları) ziyanın ödənilməsi ilə bağlıdır və məbləğin Ermənistan Respublikası tərəfindən birgə qaydada, yəni hər birindən bərabər hissələrlə tutulması nəzərdə tutulur.


İddia Antikorrupsiya Məhkəməsinə təqdim olunub və hakim Aşxen Qarslyana həvalə edilib.

Məhkəmə hələlik işin icraatına qəbul edilməsi barədə qərar verməyib.

Xatırladaq ki, 2008-ci il prezident seçkilərindən sonra 1 mart etiraz aksiyaları nəticəsində zərər çəkən bir çox vətəndaşa 670 milyon dram məbləğində ziyan ödənilib.
 

Yeri gəlmişkən, kütləvi etirazlar paytaxt İrəvanda keçirilmiş və prezidentliyə namizəd, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları tərəfindən təşkil olunmuşdu.


Mitinqçilərlə hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalar nəticəsində 8 nümayişçi və 1 hərbçi həlak olub, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Ümumi olaraq, xəstəxanaya müraciət edənlərin sayı 230 nəfərə yaxın olub.

Bizim.Media

Seçilən
79
35
bizim.media

10Mənbələr