EN

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 avqust 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi - qanunvericilik fənni üzrə imtahan təşkil olunub.

Trend-ə DİM-dən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda yerləşən 5 binada keçirilib. Prosesə 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi və 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt apardığı üçün yaxın 6 həftə ərzində elan ediləcəyi bildirilir.

Chosen
25
10
day.az

10Sources