Dövlət İmtahan Mərkəzi tərəfindən 10 avqust 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib...
DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 5 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq.
***
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 984 nəfər müraciət edib.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:
- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanda 5 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
Poliqon.info