AZ

Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının ikinci mərhələsi keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 10-da peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 5 binada təşkil olunub.

İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq.

Seçilən
9
10
azertag.az

10Mənbələr