EN

“Barselona”nın müdafiəçisi Ronaldunun klubuna keçdi

BAKI, 10 avqust. TELEQRAF

“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İnyiqo Martines Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Teleqraf xəbər verir ki, bu barədə Ər-Riyad klubu rəsmi məlumat yayıb.

İspaniyalı futbolçu “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Onun “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.

Təcrübəli müdafiəçi 2023-cü ilin yayından “Barselona”da çıxış edirdi. O, Kataloniya klubundan başqa "Real Sosyedad" və "Atletik"dəki çıxışları ilə də tanınır.

Qeyd edək ki, “Əl-Nəsr”də dünyaca məşhur futbol ulduzu Kriştianu Ronaldu da çıxış edir.

Chosen
112
19
teleqraf.com

10Sources