AZ

"Bavariya"nı "Əl-Nəsr"ə dəyişəcək

 "Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky"a istinadən məlumatına görə, "Əl-Nəsr" fransalı futbolçunun xidmətinə maraqlıdır. Səudiyyə klubu təcrübəli futbolçuya üç illik müqavilə və transferi üçün Münhen klubuna 30 milyon avro təklif edib.

 "Əl-Nəsr" 29 yaşlı futbolçunun transferini yaxın vaxtlarda rəsmiləşdirmək niyyətindədir.

 "Bavariya"da Koman artıq on mövsüm keçirib. Bu müddətdə hücumçu 339 matçda 72 qol vurub və 71 assist verib. Komandanın Münhendəki hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. "Əl-Nəsr" transferi tezliklə rəsmiləşdirməyi planlaşdırır.

Seçilən
15
19
90deqiqe.az

10Mənbələr