EN

“Qarabağ” ÇL də mərhələ adlasa, “Sabah”la oyunu təxirə salınacaq

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun “Sabah” - “Qarabağ” oyunu təxirə salına bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” matçı təxirə salınacaq.

Xatırladaq ki, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Şkendiya"ya qalib gəlib (1:0). Bu komandalar arasında cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
7
bakivaxti.az

8Sources