Misli premyer-liqasının 2025/26 mövsümünün 1-ci turunun “Sabah” - “Qarabağ” oyunu təxirə salına bilər.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” matçı təxirə salınacaq.
Xatırladaq ki, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Şkendiya"ya qalib gəlib (1:0). Bu komandalar arasında cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta