Bakı.Trend:
Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun “Sabah”- “Qarabağ” oyunu təxirə salına bilər.
Trend xəbərverir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davamedəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, (komandalarınrəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah”- “Qarabağ” matçı təxirə salınacaq.
Xatırladaq ki, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin ilkgörüşü çərçivəsində "Şkendiya"ya qalib gəlib (1:0). Bu komandalararasında cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adınaRespublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.