EN

Florian Toven yenidən Fransa Liqa 1-də çıxış edəcək

Fransalı yarımmüdafiəçi Florian Toven karyerasını yenidən vətənində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu, Liqa 1 təmsilçisi “Lans” klubu ilə üç illik müqavilə imzalayıb.

Toven 2023-cü ildən İtaliya A Seriyasında çıxış edən “Udineze”nin futbolçusu idi. Fransız klubunun 31 yaşlı oyunçu üçün ödədiyi transfer məbləği təxminən 6 milyon avro təşkil edir.

Karyerası ərzində “Qrenobl”un yetirməsi olan Toven “Lill”, “Marsel”, “Bastiya”, İngiltərə Premyer Liqasından “Nyukasl” və Meksikanın “Tiqres” klublarında da forma geyinib.

Ötən mövsüm Fransa çempionatını səkkizinci pillədə başa vuran “Lans” avrokuboklara vəsiqə qazana bilməmişdi.

Chosen
56
50
90deqiqe.az

10Sources