EN

Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib - Yaralananlar var

Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbə endirib, yaralılar var.

Avqustun 8-nə keçən gecə Rusiyiya  “Shahed” pilotsuz  uçuş aparatları ilə SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC” Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.

 PUA zərbələri nəticəsində yanğın baş verib və dizel yanacağı nəql edilən boru kəməri zədələnib.

Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Mənbə qeyd edir ki, rəsmi təhqiqat məlumatları hələ açıqlanmayıb, lakin idarə olunan beş pilotsuz təyyarənin vurulduğu yer açıq şəkildə göstərir ki, neft anbarı hücumun əsas hədəfi olub.

Chosen
117
50
qafqazinfo.az

10Sources